"Qarabağ"dan ardıcıl 5-ci qələbə

"Qarabağ"dan ardıcıl 5-ci qələbə
PREMYER LİQA 22 Sentyabr 2017 / 20:54 14471
-  A +

Bu gün Topaz Premyer Liqasında altıncı tura start verilib.

Qol.az xəbər verir ki, bu dəfə turun oyunları 3 günü əhatə edəcək. İlk oyun günündə yalnız 1 qarşılaşma keçirilib.

Turun açılış matçı “Qarabağ” və “Sumqayıt” arasında oynanılıb. Ağdam klubu 4:1 hesabı ilə qalib gəlib. Bu matç əvvəlcədən Sumqayıtda keçirilməli olsa da, “Qarabağ”ın “Roma” ilə oyundan öncə süni qazonlu meydançada mübarizə aparmaması üçün qarşılıqlı razılıq əsasında ev sahibi qismində Ağdam klubu çıxış edib.

Qeyd edək ki, altıncı turun 2 oyunu şənbə, 1 oyunu isə bazar günü keçiriləcək. 


Topaz Premyer Liqası

VI tur

22 sentyabr (cümə)

19:00. “Qarabağ” - “Sumqayıt” - 4:1
Qollar:
Bəxtiyar Həsənalızadə, 7 (0:1), Pedro Enrike, 56 (1:1), Riçard Almeyda, 62-pen (2:1), Mahir Mədətov, 65 (3:1), 72 (4:1)
Qırmızı vərəqə: Miçel, 88 ("Qarabağ", ikinci sarı vərəqə)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu

23 sentyabr (şənbə)

17:30. “Səbail” - “Kəpəz”
Hakimlər:
Rəhim Həsənov, Zeynal Zeynalov, Cavanşir Yusifov,  Rauf Cabbarov
“Dalğa Arena”

20:00. “Zirə” - “İnter”
Hakimlər:
İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Ramil Diniyev
Zirə İdman Kompleksinin stadionu

24 sentyabr (bazar)

18:00. “Qəbələ” - “Neftçi”
Hakimlər:
Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev
Qəbələ şəhər stadionu



N Klublar O Q H M T-F X
1 Qarabağ 5 5 0 0 12-3 15
2 Zirə 5 4 1 0 11-4 13
3 Qəbələ 5 3 1 1 7-5 10
4 İnter 5 2 1 2 6-6 7
5 Sumqayıt 6 2 1 3 6-10 7
6 Səbail 4 1 0 3 3-6 3
7 Neftçi 5 0 1 4 2-7 1
8 Kəpəz 5 0 1 4 3-10 1

Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol, Vüsal İsgəndərli ("Zirə"), Riçard Qadze ("Zirə") – 3.

Daha çox


Son xəbərlər