“Arsenal”ın stadionunda antirekord

“Arsenal”ın stadionunda antirekord
XƏBƏR 22 Sentyabr 2017 / 01:16 5064
-  A +

“Arsenal”ın ev oyunlarını keçirdiyi “Emireyts” stadionunda antirekord qeydə alınıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Topçular”ın dünən İngiltərə Liqa Kubokunun üçüncü mərhələsində “Donkaster”i 1:0 hesabı ilə məğlub etdikləri görüşü 44 064 azarkeş izləyib. Bu, 11 il əvvəl istifadəyə verilmiş stadionda ən az tamaşaçı toplayan oyundur.

Qeyd edək ki, 60 min tutuma malik “Emireyts”də əvvəlki antirekord 2011-ci ildə qeydə alınıb. Həmin vaxt “Şrusberi” ilə görüşü cəmi 46 539 fanat izləmişdi.

Son xəbərlər