“Barselona”nın lehinə penalti verilməsinə təəccüblənmirəm”

“Barselona”nın lehinə penalti verilməsinə təəccüblənmirəm”
XƏBƏR 22 Sentyabr 2017 / 00:58 4582
-  A +

“Real”ın müdafiəçisi Serxio Ramos La Liqanın beşinci turunda “Betis”ə 0:1 hesabı ilə uduzduqları oyun barədə danışıb.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, təcrübəli müdafiəçi hakimlərdən şikayətlənərək “Barselona”ya söz atıb:

“Biz hakimlik barədə nə qədər çox danışırıqsa, o daha da pisləşir. Hakimlərə hörmət etmək lazımdı. Onlar işlərini yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Hakimlərin bizim yox, “Barselona”nın lehinə penalti verməsinə təəccüblənmirəm.

Əgər biz 3 qol vursaydıq, verilməyən penaltiyə görə bu qədər məyus olmazdıq. Mövsümə çox pis başlamışıq ki, bu da bizi çox narahat edir. Lakin inanıram ki, tezliklə vəziyyət dəyişəcək. Çünki əla heyətimiz var və bu komanda qısa müddət əvvəl bir neçə kubok qazanıb”.

Son xəbərlər