"Messi “Barselona” ilə yeni müqavilə imzalamayıb"

"Messi “Barselona” ilə yeni müqavilə imzalamayıb"
XƏBƏR 22 Sentyabr 2017 / 00:00 3437
-  A +

Daha əvvəl “Barselona”nın prezidenti vəzifəsinə namizəd olan Aqusti Benedito klubun hazırkı rəhbərliyinin futbol ictimaiyyətini aldatdığını iddia edir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə, o bildirib ki, Lionel Messinin müqaviləsinin 2021-ci ilə kimi uzadılması haqda deyilənlər yalandır: 

“Klub prezidenti deyib ki, Messi ilə yeni müqavilə imzalanıb. Bu, yalandır. Leonun imzası olmadan həmin müqavilə ciddi qəbul edilə bilməz. Sözləşməyə futbolçunun atasının imza atması heç nəyi dəyişmir. Çünki müqavilənin həqiqi olması üçün futbolçunun özünün imzası lazımdır.

Bəlkə də bu məsələdə maneə elə Bartomeudur (klubun hazırkı prezidenti). Ümid edirəm ki, prezident həqiqəti danışacaq. Bu, onun ilk yalanı deyil”.

Xatırladaq ki, bir neçə gün əvvəl Xosep Mariya Bartomeu bəyan edib ki, komandanın lideri Lionel Messi ilə müqavilə 2021-ci ilə kimi yenilənib. 

Klub prezidenti söyləyib ki, sözləşmədə futbolçunun atasının imzası var ki, o, oğlunun bütün hüquqlarına sahibdir. Belədə Leonun imzası sadəcə formal xarakter daşıyır.

Ama Messi özü bu xəbəri hələ ki şərh etməyib. Heç klubun rəsmi saytında da futbolçunun adından yeni sözləşmə barədə hər hansı açıqlama yayılmayıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord