Srna futboldan kənarlaşdırıla bilər - dopinqə görə

Srna futboldan kənarlaşdırıla bilər -  dopinqə görə
XƏBƏR 21 Sentyabr 2017 / 17:12 2579
-  A +

Donetsk “Şaxtyor”unun kapitanı Dario Srnada dopinq aşkarlanıb.

Qol.az-ın məlumatına görə, bu barədə Xorvatiya mətbuatı xəbər yayıb.
 
Çempionlar Liqasının qrup mərhələsində “Napoli” ilə oyundan (2:1) sonra dopinq-testdən keçən 35 yaşlı müdafiəçinin nəticəsi müsbət olub.

Xorvatiyalı futbolçudan yenidən nümunə götürüləcək. Növbəti dəfə nəticə müsbət çıxsa, Srna uzun müddət futboldan kənarlaşdırıla bilər.
 
Qeyd edək ki, Xorvatiya millisinin sabiq üzvü  2003-cü ildən “Şaxtyor”da çıxış edir.


Son xəbərlər