"Çelsi" "Atletiko" ilə razılaşdı - Kosta ilə bağlı

"Çelsi" "Atletiko" ilə razılaşdı -  Kosta ilə bağlı
XƏBƏR 21 Sentyabr 2017 / 16:34 2875
-  A +

“Atletiko” “Çelsi”nin futbolçusu Dieqo Kostanın transferini həll edib.

Qol.az-ın  məlumatına görə, bu barədə İspaniyanın AS nəşri xəbər yayıb.

London klubu 29 yaşlı hücumçunu 60 milyon avro qarşılığında satmağa razılaşıb. Kostanın bugünlərdə sabiq komandasında tibbi müayinədən keçəcəyi bildirilir. İspaniyalı futbolçunun keçidi baş tutsa, o,  gələn ilin yanvar ayından “Atletiko”da çıxış edəcək.

Xatırladaq ki, "Çelsi"nin baş məşqçisi Antonio Konte D.Kostanı əsas komandada görmək istəmədiyini açıqlamışdı.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı