Qarabağ” oyununun yeri dəyişdirildi

Qarabağ” oyununun yeri dəyişdirildi
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2017 / 11:56 4344
-  A +

Topaz  Premyer Liqasının 6-cı turunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyununun yeri dəyişdirilib.

Qol.az-ın məlumatına görə, matç əvvəlcədən nəzərdə tutulduğu kimi “Kapital Bank Arena” yox, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Dəyişikliyə səbəb sentyabrın 27-də Çempionlar Liqasının II turunda “Roma”nı qəbul edəcək “Qarabağ” futbolçularının Sumqayıtdakı süni örtüklü meydançada mümkün zədələrdən yayınmalarıdır. Bakı Olimpiya Stadionu da Respublika stadionu kimi təbii örtüklüdür.

Qarşılaşma sabah saat 19:00-da başlayacaq.

Qeyd edək ki, 6-cı turda meydan sahibi “Qarabağ” , hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi isə “Sumqayıt” olacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı