Avroliqanın finalı rəsmən Olimpiya stadionunda - UEFA açıqladı

Avroliqanın finalı rəsmən Olimpiya stadionunda - UEFA açıqladı
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2017 / 20:02 9970
-  A +

UEFA 2018/2019 mövsümündə Avropa Liqasının finalının Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcəyini rəsmən açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Həlledici qarşılaşmanın 2019-cu il mayın 29-u keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasının finalı isə Madriddəki "Metropolitano" stadionunda olacaq. BOS ÇL-in də finalını keçirməyə namizəd idi.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın