Dino Ndlovu milliyə çağırıldı

Dino Ndlovu milliyə çağırıldı
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2017 / 16:20 8285
-  A +

“Qarabağ”ın futbolçusu Dino Ndlovu uzun fasilədən sonra Cənubi Afrika Respublikası (CAR) millisinə çağırılıb.

Qol.az-ın xəbərinə görə, yığmanın baş məşqçisi Stüart Bakster 25 nəfərlik siyahıya Ndlovunun da adını qeyd edib.

27 yaşlı hücumçu DÇ-2018-in seçmə mərhələsində Burkina Faso ilə keçirəcək oyunda CAR millisinə kömək edə bilər. Görüş oktyabrın 7-də CAR-da keçiriləcək.

Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə 4 oyun keçirib. Onun "Qarabağ"da son uğurlu çıxışları yığma komandanın baş məşqçisinin diqqətini cəlb edib.

Daha çox


Son xəbərlər