Gəncə stadionunun son durumu - Şəkil

Gəncə stadionunun son durumu -  Şəkil
XƏBƏR 20 Sentyabr 2017 / 16:05 4549
-  A +

Gəncə şəhər stadionunun meydançasının yenilənməsi prosesi davam edir.

Qol.az-ın "Kəpəz"in rəsmi saytına istinadən yaydığı xəbərə görə, meydançaya Hollandiya istehsalı olan lolium adlı ikinci toxum növü səpilib.

Əkin işlərindən öncə toxumların inkişafını sürətləndirmək üçün xüsusi texniki qurğu vasitəsilə ilə havalandırma prosesi aparılıb. Daha sonra səpinə başlanıb. 8000 kv. metr ərazini əhatə edən sahəyə 300 kq toxum əkilib. Bu növ toxumlar soyuq havaya davamlı hesab olunur.

Stadionda işləri həyata keçirən SİS şirkətindən verilən məlumata görə, səpinin ardından meydançaya 35 ton qum verilib. Toxumların cücərməsi üçün bir həftə vaxt tələb olunur.

Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydançasının dəyişdirilməsi AFFA-nın vəsaiti hesabına aparılır.





Son xəbərlər