UEFA-dan yeni qərarlar

UEFA-dan yeni qərarlar
XƏBƏR 20 Sentyabr 2017 / 15:11 4164
-  A +

İsveçrənin Cenevrə şəhərində UEFA-nın 13-cü Növbədənkənar Konqresi keçirilib.

Qol.az-ın məlumatına görə, quruma üzv olan milli assosiasiyaların iştirak etdiyi toplantıda bir sıra qərarlar qəbul olunub.

İtaliyanın  "Yuventus” klubunun prezidenti Andrea Anyellinin və İngiltərə "Arsenal”ının icraçı direktoru İvan Qazidis UEFA-nın İcraiyyə Komitəsinə üzv seçiliblər. Onlar komitədə Avropa Klublar Assosiasiyasını təmsil edəcəklər.
 
Bundan başqa, konqresdə Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin üzvü Aleksandr Sorokin FİFA Şurasına üzv seçilib.
 
Qeyd edək ki, növbəti Konqres 2019-cu il fevralın 7-də Romada keçiriləcək.


Son xəbərlər