Rafael Əmirbəyov: “Foqtsun seçimində obyektivlik yoxdur”

Rafael Əmirbəyov: “Foqtsun seçimində obyektivlik yoxdur”
MÜSAHİBƏ 14 Yanvar 2009 / 20:14 4766
-  A +

Sabah səhərə yaxın “Bakı” da təlim-məşq toplanışı keçmək üçün Antalyaya yola düşür. Səfər öncəsi komandanın kapitanı Rafael Əmirbəyov Qol.Az-a müsahibə verib.

- Komandanızın hazırlığının Azərbaycandakı mərhələsini necə qiymətləndirərdin?
- Hazırlığın ilk günləri bir həftə ancaq kross qaçdıq. Qış tətilindən yenicə qayıtdığımızdan baş məşqçi bizi o qədər də «yükləmədi». Əsas məşqlər Antalyada olacaq.
- İstirahətdən qayıtdıqdan sonra özündə artıq çəki ilə bağlı problem hiss etdin?
- Yox, onsuz da israhətdə olduğumuz günlərdə də, hər gün trenajor zalında özüm üçün məşq edirdim. Sadəcə köhnə zədələr bir az incidir. Hətta həkimlər belə məsləhət gördülər ki, Antalyada ilk 2-3 məşqi də buraxım.
- Səfər öncəsi düşərgədə əhval-ruhiyyə necədir?
- Əla.
- Kurort şəhəri Antaliyaya getdiyiniz üçün?
- (gülür) Yox. Əksinə, futbolçular daha çox məşqi fikirləşirlər. İndidən səbirsizliklə ikinci dövrənin startını gözləyirlər.
- Düşərgədə kifayət qədər yeni futbolçu var. Onlar haqqında nə deyə bilərsən?
- Hamısı yaxşı təsir bağışlayır. Adamiya, Mahmud, Saşanı hamı tanıyır. Düzdür, Adamiyanın məsələsi hələ tam həll olunmayıb. Amma Mahmudun səviyyəsini hamı bilir.
- Səncə, 35 yaşında o, çempionluğa oynayan komandaya kömək edə biləcək? Üstəlik son mövsümü “İnter”də ehtiyatda oturub.
- Ehtiyatda oturmaq o demək deyil ki, yaxşı futbolçu deyil. Sadəcə, “İnter”də baş məşqçi Mahmuda oynamaq şansı vermirdi. Məşqlərdə Qurbanovun yaxşı formada olduğunu özüm gördüm.
- Saşa Yunisoğlu sənin mövqeyində oynayır. Bu isə onu göstərir ki, ikinci dövrədə ikinizdən biriniz ehtiyatda qalmalısınız.
- “Bakı” elə komandadır ki, burada kim güclüdür, o da oynayır. Saşanı güclü müdafiəçi sayıram. Amma rəqabətə hazıram. Bir də, eyni mövqedə iki eyni səviyyəli futbolçunun olması çox yaxşı haldır.
- İkinci dövrənin ilk turlarında Haciyevski Saşanı meydançaya buraxsa necə?
- Bundan qətiyyən incimərəm. Kim formadadırsa, o da oynayacaq.
- Foqtsdan yaman narazısan. Səni milliyə çağırmadığına görə, yoxsa ümumiyyətlə onun iş sistemini bəyənmirsən?
- Yox. Söhbət ondan getmir ki, məni çağırır ya yox. Sadəcə Foqtsda obyektivlik yoxdur. Hamıya eyni gözlə baxmır.
- Demək istəyirsən ki, milliyə layiq olub kənarda qalanlar var?
- Bəli.
- Ad çəkə bilərsən?
- Buna ehtiyac yoxdur. Futboldan az-çox başı çıxanlar hər şeyi görür.
- Bəlkə ona kənardan təsirlər olur. Məsələn, sənə yaxşı münasibəti olmayan AFFA-ya yaxın hər hansı bir nəfər Foqtsun qulağını doldura bilər?
- İstisna eləmirəm. Bu da ola bilər
- “Bakı” bu il çempion olmasa, mövsümü özünüz üçün uğursuz hesab edəcəksən?
- Tam uğursuzluq demək düzgün olmazdı. Hər halda çalışacağıq ən pis halda avrokuboklara vəsiqə qazanaq.
- Amma bu da mümkün olmasa, o zaman mövsüm 100 faiz “Bakı” üçün uğursuz olacaq.
- Mən də belə fikirləşirəm.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı