FİFA "Çelsi" barədə araşdırmaya başladı

FİFA "Çelsi" barədə araşdırmaya başladı
GÜNDƏM 20 Sentyabr 2017 / 12:39 4365
-  A +

FİFA "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" ilə bağlı araşdırmaya başlayıb.

Qol.az-ın "Daily Mail"ə istinadən yaydığı xəbərə görə, London klubu son 8 il ərzində 3-cü dəfə 18 yaşa qədər futbolçuların transfer qaydasının pozulmasında şübhəli bilinir.

"Çelsi" haqda ilk araşdırma 2009-cu ildə "Lans"dan Qaelya Kakutanın keçidi ilə bağlı olub. Həmin vaxt kluba  iki transfer pəncərəsində futbolçu almağı qadağan edilmişdi. Ancaq sonra "Çelsi" İdman Arbitraj Məhkəməsində apellyasiyanı udmuşdu.

Ötən il isə klub barədə Bertan Traoreni FİFA-nın icazəsi olmadan oynatdıqları üçün araşdırma aparılmışdı. Hazırkı araşdırmanın hansı futbolçu səbəbindən aparıldığı hələ məlum deyil.

Məsələ ilə bağlı "Çelsi"nin mətbuat xidmətindən bildirilib ki, oyunçuları FİFA-nın reqlamentinə uyğun olaraq transfer edir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord