“Arsenal”ın heyətində itki

“Arsenal”ın heyətində itki
XƏBƏR 20 Sentyabr 2017 / 01:27 1626
-  A +

“Arsenal” itki ilə üzləşib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, London klubunun üzvü Denni Uelbek sıradan çıxıb.
“Çelsi” ilə oyunda (0:0) xəsarət alan gənc hücumçu ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

“Hələlik onun nə vaxt meydana qayıdacağı məlum deyil. Amma Uelbekin minimum 3 həftə oynamayacağı dəqiqdir” - “Arsenal”ın baş məşqçisi Arsen Venger belə deyib.

Qeyd edək ki, Uelbek “Donkaster”, “Vest Bromviç” və BATE ilə görüşlərdə çıxış etməyəcək.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı