Azar start heyətinə qayıdır

Azar start heyətinə qayıdır
XƏBƏR 20 Sentyabr 2017 / 00:34 1670
-  A +

Eden Azar “Çelsi”nin start heyətinə qayıdır.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, belçikalı yarımmüdafiəçi sabah ölkə kuboku çərçivəsində “Notingem Forest”ə qarşı keçiriləcək matçda ilk dəqiqədən meydanda olacaq.

Bu haqda London klubunun baş məşqçisi Antonio Konte məlumat verib:

“Bu, Azar üçün meydana qayıtmaq və 90 dəqiqə mübarizə aparmaq baxımından əla məqamdı. Hesab edirəm ki, o, kubok oyununda forma geyməyə tam hazırdı”.

Xatırladaq ki, Azar iyunda Belçika millisinin düşərgəsində olarkən zədələnib.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı