"Kəpəz" - "Səbail" görüşü "Dalğa Arena"da - rəsmi

"Kəpəz" - "Səbail" görüşü "Dalğa Arena"da - rəsmi
XƏBƏR 19 Sentyabr 2017 / 16:56 2208
-  A +

Topaz Premyer Liqanın 6-cı turunun “Kəpəz” – “Səbail” oyununun yeri dəyişdirilib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Gəncə klubu Peşəkar Futbol Liqasına müraciət edərək  “Səbail”lə görüşün yerinin dəyişdirilməsini xahiş edib. Gəncə şəhər stadionunda təmir işlərinin davam etdiyini və “Səbail”in razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarları qəbul edib.

Topaz Premyer Liqasının VI turunun “Kəpəz” – “Səbail” matçı 23 sentyabr tarixdə “Dalğa Arena”da keçirilsin.

6-cı turda meydan sahibi “Səbail”, hər iki klubun iştirakı  ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” təsdiq edilsin. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı