Noyerin millimizə qarşı oynamayacağı dəqiqləşdi

Noyerin millimizə qarşı oynamayacağı dəqiqləşdi
XƏBƏR 19 Sentyabr 2017 / 15:30 1569
-  A +

Almaniya bundesliqanın 5-ci turunda "Şalke" ilə oyun öncəsi sol ayağından zədələnən "Bavariya"nın qapıçısı Manuel Noyer əməliyyat olunub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əməliyyatın uğurlu keçdiyi bildirilib.

Münhen klubunun prezidenti Karl Haynts Rummenige alman qolkiperin bu ilin sonuna kimi oynamayacağını bildirib.

Bununla da Noyerin DÇ-2018-in seçmə mərhələsində oktabrın 8-i millimizlə görüşü buraxacağı dəqiqləşib.

Qeyd edək ki, M.Noyer bundan əvvəl apreldə sol ayağından zədələnmişdi. O, uzun müddətdən sonra  3 həftə əvvəl "Verder"lə oyunda iştirak etmişdi.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı