Çempionlar Liqasının finalı Bakıda olacaq – məşhur ispan qəzeti

Çempionlar Liqasının finalı Bakıda olacaq – məşhur ispan qəzeti
ÖLKƏ FUTBOLU 19 Sentyabr 2017 / 13:38 7120
-  A +

2018/2019 mövsümündə Çempionlar Liqasının finalı Bakı Olimpiya stadionunda keçiriləcək.

Qol.az-ın xəbərinə görə, bu iddia ilə İspaniyanın məşhur "AS" nəşri çıxış edib. Bildirilib ki, ÇL-in finalına digər namizəd olan "Atletiko"nun "Vanda Metropolitano" stadionun VİP yerlərin sayı az olduğu üçün (7 min) UEFA bu arenanın üzərində dayanmayacaq. VİP zonanın kiçikliyi ilə yanaşı, stadionətrafı ərazi də yetərincə deyil. Bu da qonaqların qəbulu zamanı çətinliklər yarada bilər. Stadionun inşası zamanı “Atletiko” rəhbərliyinin o qədər də önəm vermədiyi bu arqumentlər ÇL-in finalının İspaniya paytaxtında keçirilməsini sual altında qoyub.

Qeyd edək ki, UEFA avrokubokların finalına ev sahibiliyi edəcək stadionların adlarını sentyabrın 20-i açıqlayacaq.

Əlavə edək ki, Bakı Olimpiya stadionunu 2018/2019 mövsümündə Avroliqanın finalına da namizədlər sırasındadır.

Daha çox


Son xəbərlər