Olimpiya stadionunu indidən görün - Video

Olimpiya stadionunu indidən görün - Video
GÜNDƏM 19 Sentyabr 2017 / 12:44 5980
-  A +

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Qol.az-ın məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qafqazinfo”ya açıqlamasında  ÇL matçlarının Olimpiya Stadionuna salınmasına belə izah vermişdi: “Həm azarkeş, həm də siyasi baxımdan belə qərara gəldik ki, oyunları Olimpiya Stadionuna salaq”.

Hazırda arenanın bəzi yerlərində yenidənqurma işləri aparılır. Əsas məsələ ot örtüyü ilə bağlıdır. Meydançanın örtüyü artıq dəyişdirilir və matça qədər tam hazır vəziyyətə gətiriləcək.

Bundan başqa stadionun media sektorunda da dəyişikliklər olunub. Belə ki, İslam Oyunları zamanı ikinci mərtəbədə olan KİV nümayəndələri üçün nəzərdə tutulmuş oturacaqlar 5-ci mərtəbəyə daşınıb. Həmçinin media otağındakı masalar da yenilənib.

Bundan başqa arenada artıq təmizlik işlərinə də başlayıb.


Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı