Kavani və Neymar pula görə mübahisə edib

Kavani və Neymar pula görə mübahisə edib
GÜNDƏM 19 Sentyabr 2017 / 10:58 5522
-  A +

PSJ-nin futbolçuları Neymar və Edinson Kavanini arasındakı münaqişənin əsl səbəbi müəyyənləşib.
 
Qol.az-ın "L'Equipe”yə istinadən yaydığı xəbəeə görə, buna klub rəhbərliyi tərəfindən bombardir üçün nəzərdə tutulan 1 milyon 500 min avro məbləğində pul mükafatı səbəb olub. Məhz buna görə Kavani Fransa çempionatının 6-cı turunda "Lion”la ev oyunu zamanı penaltinin Neymarın yerinə yetirməsinə mane olub.

Bundan sonra oyunçular paltardəyişmə otağında mübahisə ediblər. Onların əlbəyaxa olmasına isə PSJ-nin kapitanı Tiaqu Silva imkan verməyib.

Qeyd edək ki,  PSJ-nin  2:0 hesabı ilə qalib gəldiyi matçın 80-ci dəqiqəsində E.Kavani penaltidən yararlana bilməyib.

Daha çox


Son xəbərlər