"Qəbələ"dən ardıcıl 5-ci qələbə - əvəzedicilərin çempionatı

"Qəbələ"dən ardıcıl 5-ci qələbə - əvəzedicilərin çempionatı
XƏBƏR 18 Sentyabr 2017 / 19:47 2116
-  A +

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 5-ci turun daha 1 oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, "Qəbələ" səfərdə "Səbail"lə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 15-ə yüksəldən komanda birinci pillədəki yerini qoruyub.

Qeyd edək ki, 5-cu turda sabah keçiriləcək "Qarabağ" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.

18 sentyabr

"Səbail" - "Qəbələ" - 3:0
Qollar
: Rövlan Muradov, 31, Ülvi İsgəndərov, 69, 82

19 sentyabr

18:30. "Qarabağ" - "Kəpəz"

17 sentyabr

"Neftçi" - "Zirə" - 0:1
Qol: Sadio Tounkara, 49

"İnter" - "Sumqayıt" - 1:1
Qollar: Əlibəy Məmmədli, 34-pen (1:0), Xəzər Mahmudov, 78 (1:1)


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın