Futbolçu 695 metr kabel oğurlayıb - DİN təsdiqlədi

Futbolçu 695 metr kabel oğurlayıb -  DİN təsdiqlədi
XƏBƏR 18 Sentyabr 2017 / 12:43 8173
-  A +

Daxili İşlər Nazirliyi "Sumqayıt" klubunun futbolçusu Nicat Muxtarovun iştirak etdiyi oğurluqla bağlı açıqlama yayıb.

Qol.az-ın qrumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Sumqayıt Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.

Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib. Hər iki şəxs tutulub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı