Leroy Çorcun yeni klubu müəyyənləşdi

Leroy Çorcun yeni klubu müəyyənləşdi
GÜNDƏM 17 Sentyabr 2017 / 12:35 7214
-  A +

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Leroy Corcun yeni klubu müəyyənləşib.

Qol.az-ın yaydığı xəbərə görə, 30 yaşlı yarımmüdafiəçi karyerasını Avstraliyanın “Melbrun Viktory” klubunda davam etdirəcək. Klubun saytı azad agent kimi bu komandaya keçəcək Leroyla sabah 1 illik müqavilə imzalanacağını yazıb. O, artıq tibbi müayinədən uğurla keçib.

“Leroy müsbət keçmişi olan yaxşı oyunçudur. Biz şadıq ki, onu heyətimizə qatırıq” – deyə komandanın baş məşqçisi Kevin Maskat bildirib.

Xatırladaq ki, Leroy Corc 2013-15-ci illərdə “Qarabağ”da oynayıb. Ağdam klubundan ayrıldıqdan sonra o, müxtəlif vaxtlarda Türkiyənin “Göztəpə” və “Adana Demirspor” komandalarında çıxış edib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki