“Zirə”nin legioneri Jozef Boum Topaz Premyer Liqanın V turunda "Neftçi"yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra brifinq keçirib. Qol.az xəbər verir ki, kamerunlu müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- Oyun necə alındı?
- Bütün oyunlar çətin olur. Ona görə də məşqçilərimiz hər matçdan əvvəl bizə konkret tapşırıqlar verir.
- 2:0-dan sonra dərhal qol buraxdınız. Qələbəni əldən vermə ehtimalıyla bağlı həyəcan var idi?
- İkinci qoldan sonra konsentrasiyanı itirə biləcəyimizdən ehtiyatlandığımızdan komanda yoldaşlarıma xəbərdarlıq edirdim. 2:1-dən sonra əks-hücumlarda fərqi artırma imkanımız oldu.
- Oyundan əvvəl sənə “Neftçi”nin çempionatda “Zirə”ni məğlub edə bilmədiyini demişdilər?
- Açığı, bu haqda məlumatım yox idi, yeni öyrənirəm. Komanda yoldaşım İqbekoyi 50-ci qolunu ötən tur vurdu, onu da yeni öyrənirəm. Birinci dövrədən sonra çox məlumatlı olacam.
- “Qarabağ”ın gücünü bilirsiz, “Qəbələ”yləsə ötən tur qarşılaşmısınız. Hansı komandaların çempionluq üçün mübarizə aparacağını düşünrsüz?
- “Neftçi”nin bu qədər problemi olmasına və xallar itirməsinə baxmayaraq, hətta o da çempionluq uğrunda mübarizə apara bilər. Başa düşürəm, “Qarabağ” fərqli oyun göstərir. Ancaq “Qəbələ”, “Neftçi”, “İnter” və təbii ki, biz bu mübarizəyə qoşula bilərik. Çox çətin çempionatınız var.
- Dörd dövrəli sistemlə keçirilən çempionatda oynamısınız, yoxsa ilk dəfə iştirak edirsiniz?
- Əslində, bu, maraqlı və çətin bir yarışdır. Çünki hər kəs bir-birini yaxşı tanıyır və bir mövsüm ərzində 4 dəfə qarşılaşırsan. Amma 18 komandalı çempionatda komandalar bir-biriylə cəmi 2 dəfə qarşılaşır. Hər iki sistem çox fərqlidir.
- Türk dilini bilirsiniz. Bəs Azərbaycan dilini öyrənmək fikriniz var?
- Hər iki dil bir-birinə çox bənzəyir. Sadəcə, Azərbaycan dilində rus dilindən alınma sözlər çoxdur. Amma belədə Azərbaycan dilində danışılanda anlayıram. Hansısa ölkəyə gedirsənsə, dili öyrənməyin lazımdır.
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi