"Sevinməyəndə başqa söz-söhbətlər çıxır" - Ayxan Abbasov

"Sevinməyəndə başqa söz-söhbətlər çıxır" -  Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 16 Sentyabr 2017 / 22:10 3748
-  A +

"Bilirdik ki, oyun ağır olacaq. Məşqçi dəyişildikdən sonra "Neftçi"də motivasiya var idi və bu hiss olunurdu. Məni sevindirir ki, komanda taktiki baxımdan düz oynadı. Avropa Liqasında və çempionatın əvvəlində etdiyimiz səhvləri düzəltdik".
 
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 5-ci turunda "Neftçi"yə qalib gəldikləri (2:1) oyundan sonra keçirilən mətbuat konfrasnında deyib.

- Oyundan öncə Rəşad Sadiqovla görüşüb söhbət etdiniz?

- Yox, onunla üz-üzə gəlmədik, çünki söhbət artıq bağlanıb. Onunla komandadan ayrılanda söhbət etdim və bir-birimizi normal başa düşdük. İnanıram ki "Neftçi"yə kömək edəcək.

- Siz hər qələbəni çox böyük sevinclə qeyd edirsiz..

- Olmaz ki?

- Yəni onun xüsusi səbəbi varmı?

- Qələbəni yaşayırıq. Həm mən, həm də futbolçular. Qol üçün savaşırıq. Qol olanda da sevinmək lazımdır. Sevinməyəndə digər söz-söhbətlər çıxır. "Çelsi" "Qarabağ"a 4-cü qolu vuranda da çılğınlıqla sevinirdi.

- "Neftçi"nin oyununda hansı dəyişikliyi gördüz?

- Bu barədə mənim danışmağım düz olmaz. Özüm üçün bəzi dəyişiklikləri qeyd etdim. Bu komandanın daxili problemi var ki, bu duruma çox komandalar düşüb. Məşqçiyə güvənmək lazımdır.

- Son dəqiqələr çox gərgin oldu. Həmin epziodlarda müdafiəçilər topu sadəcə uzaqlaşdırırdılar. Siz sanki bunu istəmirdiniz...

- Qıraqdan biz də onu görürdük. Futbolçular yorğun idi. Onlarda psixoloji yorğunluq da var idi. Topu hara gəldi vurmaqla vaxt aparırdılar. Futbolçulara çatdırmaq istəyirdik ki, müdafiəyə oturmaq lazım deyil. Bu da normladır, psixoloji problemlə bağlıdır.

- Futbolçular arasında anlaşılmazlıq olurdu. Bir-birini anlamırdılar...

- Doğrusu, görməmişəm, ancaq ola bilər. Futbolçularım intizamlıdır. Ola bilsin sadə epizodlar olub.

- "Zirə" liderdir. Bu mövsüm məqsədiniz nədir?

- Çempiponluqdan danışmağımız tez olar. Klubumuz inkişaf edir, bu, aydın məsələdir. Hər komanda ilə mübarizə aparacağıq. Bir daha avrokubok həyəcanı yaşamaq üçün çalışacağıq. Komandanın böyüməsi üçün belə turnirlərdə iştirak etmək vacibdir.

Daha çox


Son xəbərlər