“Qarabağ” - “Roma” oyununa 40 min bilet satılıb

“Qarabağ” - “Roma” oyununa 40 min bilet satılıb
ÖLKƏ FUTBOLU 16 Sentyabr 2017 / 16:48 4938
-  A +

“Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsindəki ilk ev oyununda qarşılaşacağı “Roma” (İtaliya) ilə oyuna bilet satışı davam edir.

Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 40 minə çatıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:

Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

Daha çox


Son xəbərlər