"Neftçi" yenə uduzdu, "İnter" "Sumqayıt"la heç-heçə etdi

"Neftçi" yenə uduzdu, "İnter" "Sumqayıt"la heç-heçə etdi
PREMYER LİQA 16 Sentyabr 2017 / 20:56 17688
-  A +

Bu gün Topaz Premyer Liqasında beşinci tura start verilib.

Qol.az-ın məlumatına görə, turun oyunları 2 gün ərzində keçiriləcək və bütün qarşılaşmalar paytaxtda oynanılır.

Turun açılış matçında “İnter” və “Sumqayıt” üz-üzə gəlib. Turnir cədvəlində "qonşu" olan bu komandaların görüşündə qalib müəyyənləşməyib - 1:1. Bu, hər iki komandanın hazırkı çempionatda ilk heç-heçəsi olub.

Günün ikinci oyununda isə “Neftçi” öz meydanında “Zirə”ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 2:1. Bununla da "Zirə" liderliyini möhkəmləndirib. Bu mövsüm qələbəyə həsrət qalan “ağ-qaralar” isə 4-cü məğlubiyyətlə üzləşib. "Neftçi" bu görüşə yeni baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında çıxıb.

Topaz Premyer Liqası

V tur

16 sentyabr (şənbə)


19:00. “Neftçi” - “Zirə” - 1:2
Qol:
Vüsal İsgəndərli, 16 (0:1), Riçard  Qadze, 52 (0:2), Uqo Barqas, 53 (1:2)
Qırmızı vərəqə: Mirabdulla Abbasov, 85 ("Neftçi")
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov
“Bakcell Arena”

16:30. “İnter” - “Sumqayıt” - 1:1
Qol:
Sertan Taşkın, 11 (1:0), Rəşad Eyyubov (1:1)
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov
“İnter Arena”


17 sentyabr (bazar)

18:30. “Qarabağ”- “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

21:00. “Səbail” - “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fariz Yusifov
“Dalğa Arena”, 21:00


N Klublar O Q H M T-F X
1 Zirə 5 4 1 0 11-4 13
2 Qarabağ 3 3 0 0 6-2 9
3 Qəbələ 4 2 1 1 5-4 7
4 İnter 5 2 1 2 6-6 7
5 Sumqayıt 5 2 1 2 5-6 7
6 Səbail 3 1 0 2 2-3 3
7 Neftçi 5 0 1 4 2-7 1
8 Kəpəz 4 0 1 3 3-8 1

Daha çox


Son xəbərlər