"Çelsi"nin iki futbolçusu ÇL-in rəmzi komandasında

"Çelsi"nin iki futbolçusu ÇL-in rəmzi komandasında
DÜNYA FUTBOLU 15 Sentyabr 2017 / 11:59 3773
-  A +

UEFA Çempionlar Liqasında qrup mərhələsinin birinci turunun oyunlarının rəmzi komandasını elan edib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, rəmzi komandada "Qarabağ"ın 0:6 hesabı ilə uduzduğu "Çelsi"nin iki futbolçusu da yer alıb. Bunlar  Sezar Aspilikueta və Davide Zappakostadır.

Qapıçı: Alison Beker ("Roma")

Müdafiəçilər: Sezar Aspilikueta, Davide Zappakosta (hər ikisi "Çelsi"), Serxio Ramos ("Real") Con Stounz ("Mançester Siti")

Yarımmüdaçilər: Maruan Fellayni ("Mançester Yunayted"), Felipe Pardo ("Olimpiakos"), Jozua Kimmix ("Bavariya")

Hücumçular: Kriştiano Ronaldo ("Real"), Harri Keyn ("Tottenhem"), Edinson Kavani (PSJ)


Son xəbərlər