Mundiala vəsiqə qazanan millidə baş məşqçi dəyişikliyi

Mundiala vəsiqə qazanan millidə baş məşqçi dəyişikliyi
DÜNYA FUTBOLU 15 Sentyabr 2017 / 10:37 3656
-  A +

DÇ-2018-in final mərhələsinə vəsiqə qazanan Səudiyyə Ərəbistan millisinin baş məşqçisi Bert van Marveyk istefaya göndərilib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, yeni baş məşqçi vəziəsinə Argentina yığmasının sabiq çalışdırıcısı Edqardo Bausa təyin edilib.

2015-ci ildən yığmaya rəhbərlik edən B.V.Marveykə 1.3 milyon avro məbləğində təzminat ödəniləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı sentyabrın 5-də seçmə qrup mərhələsində Yaponiyanı 1:0 hesabı ilə məğlub edərək mundiala vəsiqə qazanıb.


Son xəbərlər