Millimiz 13 pillə gerilədi - yeni reytinq

Millimiz 13 pillə gerilədi - yeni reytinq
ÖLKƏ FUTBOLU 14 Sentyabr 2017 / 12:06 4416
-  A +

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə millimiz 13  pillə geriləyərək 92-ci yerdə qərarlaşıb.

Seçmə mərhələdə Norveçə 0:2 hesabı ilə uduzan, ardınca San-Marinoya 5:1 hesabı ilə qalib gələn Azərbaycan yığması böyük xal itkisi ilə üzləşib.  Bu matçlardan sonra xalımız 427-dən 388-ə düşüb.

Yığmamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1606 xalla 1-ci (+1),  Şimali İrlandiya 945  xalla 20-ci (+3),  Çexiya 630 xalla 58-ci (-18), Norveç 472 xalla 73-ci (+12), San Marino isə 10 xalla 204-cü (0) yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahının ikinci pilləsində 1590 xalla Braziliya , üçüncü pilləsində 1386 xalla Portuqaliya qərarlaşıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı