"Bizi Azərbaycana çətin səfər gözləyir" - Koke

"Bizi Azərbaycana çətin səfər gözləyir" - Koke
ÖLKƏ FUTBOLU 14 Sentyabr 2017 / 10:15 4803
-  A +

"İlk məqsədimiz qrupdan çıxmaqdır. Bizi "Roma" və "Çelsi" ilə ağır oyunlar, eləcə də Azərbaycana çətin səfər gözləyir”.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun futbolçusu Koke deyib.

25 yaşlı yarımmüdafiəçi  Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Roma” ilə qolsuz bərabərə qaldıqları oyun barədə də danışıb: "Hesabı açmaq üçün lazım olan hər şeyi etdik. Ancaq ya rəqibin müdafiəçiləri, ya qapıçısı, ya da qapı tiri qol vurmağımıza mane oldu.  “Roma”  böyük komandadır. Onlara qarşı yaxşı oynasaq da, bu, üç xal qazanmaq üçün kifayət etmədi".

Qeyd edək ki, “Atletiko"nu ÇL-in qrup mərhələsindəki rəqibləri "Çelsi", "Roma" və "Qarabağ"dır.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord