Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərlərin adları açıqlandı

Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərlərin adları açıqlandı
XƏBƏR 14 Sentyabr 2017 / 00:00 2863
-  A +

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərlərin adlarını açıqlayıb.

Qol.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu haqda qərar BOK-ın Limada keçirilən növbəti sessiyasında verilib.

Qərara əsasən, 2024-cü ildə olimpiadaya Paris, 4 il sonra isə Los-Anceles ev sahibliyi edəcək.

Qeyd edək ki, hər iki şəhər buna qədər 2 dəfə Olimpiya Oyunlarını qəbul edib. Parisdə olimpiada 1900 və 1924, Los-Ancelesdə isə 1932 və 1984-cü illərdə keçirilib.

 


Son xəbərlər