“Torpaqlarımızı haqsız yerə əlimizdən alıblar” - Qurban Qurbanov

“Torpaqlarımızı haqsız yerə əlimizdən alıblar” - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2017 / 14:32 8505
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Çelsi" ilə qaşılaşdıqları oyundan (0:6) sonra britaniyalı jurnalistlərə Qarabağ haqda məlumat verib.

Qol.az-ın məlumatına görə, o, Qarabağın çox hissəsinin ermənilər tərəfindən işğal olunduğunu diqqətə çatdırıb:

"Qarabağ" bizim yaralı yerimizdir. Qarabağ torpaqlarının çox hissəsi erməni daşnaklarının əlindədir, haqsız yerə əlimizdən alıblar. Azərbaycan bayrağını tribunlarda görmək üzərimdəki təzyiqi artırmır, əksinə mənə güvən, inam verir, məsuliyyətim daha da çoxalır. Şadam ki, bu komandanın baş məşqçisiyəm. Nə qədər ağır olsa da, komandamın belə məğlubiyyətlə üzləşməsini istəməzdim. Biz azərbaycanlı kimi, “Qarabağ”da işləməkdən fəxr duyuram və əlimdən gələnin artığını etməyə çalışıram".

Q.Qurbanovun mətbuat konfransının videogörüntüsünü təqdim edirik.


Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq