Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Çelsi"yə məğlub olan (6:0) "Qarabağ" bu gün Bakıya qayıdıb.
Qol.az-ın məlumatına görə, Ağdam klubunun yeni transferi Pedro Enrike Heydər Əliyev adına Hava Limanında Newsport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Böyük hesabla məğlub olduğunuz oyun barədə nə deyə bilərsən?
- Məğlubiyyətdən sonra danışmaq hər zaman çətin olur. Onu da başa düşürük ki, bəzi səhvləri etməli deyildik. Daha az fərqlə məğlub ola bilərdik. Amma nə edə bilərik? İrəli baxmalıyıq və belə oyunlardan nəticə çıxarmalıyıq.
- Yeni transfer olmağına baxmayaraq, start heyətdə meydana çıxdın. Artıq komandaya adaptasiya olunduğunu düşünmək olar?
- Klub dəyişmək hər zaman çətin olur. Yeni komanda yoldaşlarına alışmaq bir qədər zaman alır. Amma mən bunu mümkün qədər tez etməyə çalışıram. Start heyətdə meydana çıxmağımda əsas rolu komanda yoldaşlarım oynadı. Eyni zamanda, baş məşqçimiz mənimlə söhbət etdi və mənə xüsusi motivasiya verdi. Mən də bunu meydanda göstərməyə çalışdım. Düşünürəm ki, ilk hissədə çox qaçdım, ikinci hissədə isə oyunun ritmi öz sözünü dedi, bir qədər yoruldum. Qarşıdakı oyunlarda komandama daha çox xeyir verməyə çalışacam.
- Ümumiyyətlə, Azərbaycan çempionatı haqda bilgin var?
- Gəlməzdən öncə məlumat almağa çalışdım. Azərbaycanda oynayan futbolçularla əlaqə saxladım, müəyyən qədər məlumat aldım. Azərbaycan çempionatı haqda məlumatım var. Bütün oyunlara həvəslə çıxmağa çalışacam.
- Azərbaycana gəlməzdən öncə hansı futbolçulardan məlumat almısan?
- Mən "Qarabağ"a qarşı oynamış futbolçularla da danışmışam, Reynaldo və Riçardla məsləhətləşmişəm. Bundan başqa, Avropa Liqasında "Qarabağ"a qarşı oynamış bir neçə fransalı futbolçudan məsləhət almışam.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video
La Liqada 32-ci tur yekunlaşdı
“İnter” çempionluğunu rəsmiləşdirdi