“Bu qələbə komanda üçün yaxşı oldu" - "Çelsi"nin futbolçusu

“Bu qələbə komanda üçün yaxşı oldu" - "Çelsi"nin futbolçusu
GÜNDƏM 13 Sentyabr 2017 / 12:48 2551
-  A +

“Bu qələbə komanda üçün çox yaxşı oldu. "Qarabağ"la oyun həm Markos Alonso, həm Davide Zappakosta, həm Nqolo Kante, həm də mənim üçün Çempionlar Liqasında ilk görüş idi. Birinci oyunda qələbə qazanmaq gözəldir".

Qol.az-ın məlumatına görə, bu sözləri "Çelsi"nin futbolçusu Mişi Batşuayi Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda "Qarabağ"a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

"Hər matçda oynamağımı bilirsiniz. Ancaq nə zaman şans əldə edirəmsə, bundan istifadə edib, qol vururam" - deyə o bildirib.

23 yaşlı müdafiəçi Çempionlar Liqasında asan oyun olmadığını vurğulayıb: " Əgər bütün görüşlərdə qələbə qazanmaq istəyiriksə, diqqətli olmalıyıq. İndi “Arsenal”la həftəsonu keçirəcəyimiz Premyer Liqa matçına köklənməliyik. Yaxşı hazırlıq keçib, qalib gəlməliyik”.

Daha çox


Son xəbərlər