Azərbaycan UEFA reytinqində mövqeyini qorudu

Azərbaycan UEFA reytinqində mövqeyini qorudu
GÜNDƏM 13 Sentyabr 2017 / 09:42 3624
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun 1-ci oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın məlumatına görə,  keçirilən 8 matçdan sonra ölkəmizin mövqeyi dəyişməyib. "Qarabağ"ın səfərdə "Çelsi"yə 0:6 hesabı ilə uduzmasına baxmayaraq, 18.625 xala malik Azərbaycan 22-ci pillədə qalıb.

London klubunun qələbəsi İngiltərənin isə 1 pillə irəliləyərək 2-ci sıraya yüksəlməsinə səbəb olub.
 
Qeyd edək ki, siyahıda Azərbaycandan 1 pillə qabaqda olan Rumıniyanın 18.650 xalı var.

Daha çox


Son xəbərlər