"NTV Spor"da "Qarabağ"dan danışdılar - Video

"NTV Spor"da "Qarabağ"dan danışdılar - Video
VİDEO 12 Sentyabr 2017 / 15:59 8905
-  A +

Türkiyənin məşhur "NTV Spor" telekanalında Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda keçiriləcək "Çelsi" - "Qarabağ" oyunu müzakirə edilib.

Qol.az-ın məlumatına görə, Emek Ege və Mert Aydının aparıcıq etdiyi verilişdə Ağdam klubunun tarixi matça çıxacağı bildirilib. "Qarabağ"ın "Çelsi" ilə görüşdə xal qazanmaq şansının çox az olduğu vurğulanıb.

Bundan başqa, Qurban Qurbanovun komandasının yer aldığı qrupda üçüncü səbətdən "Roma" kimi bir klubun düşməsinin şanssızlıq olduğu qeyd edilib. Buna baxmayaraq, "Qarabağ"ın yaxşı oynayacağı təqdirdə, xal qazana biləcəyi ehtimal olunub. "Qarabağ"ın öz meydanın oynayacağı üç matçdan ikisində heç-heçə edəcəyi təqdirdə, bunun klub üçün uğurlu nəticə olacağı vurğulanıb.




Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı