“Qarabağ”da güclü ruh var” – “Çelsi”nin sabiq oyunçusu

“Qarabağ”da güclü ruh var” – “Çelsi”nin sabiq oyunçusu
GÜNDƏM 12 Sentyabr 2017 / 14:45 5947
-  A +

“Qarabağ” tarixində ilk dəfə Çempionlar Liqasının qrupunda oynayacaq. Onlar həyacanlı olacaqlar. Amma rəqibi qiymətləndirməmək düz çıxmaz”.

Qol.az-ın xəbərinə görə, bu fikirləri 1983-88-ci illərdə “Çelsi”də oynamış şotlandiyalı futbolçu Pet Nevin klubun rəsmi saytında çıxan yazısında qeyd edib.

ÇL-in qrup mərhələsinin bu gün axşam keçiriləcək “Çelsi” - “Qarabağ” oyunu barədə fikirlərini qələmə alan P.Nevin yazıb: “Mən onların “Seltik”lə oyunlarını izləmişdim. Onların çox yaxşı oyun tərzi, futbolçularının istedadı var. Xüsusən komandada qol vurmaq üçün güclü ruhu qeyd edərdim.

"Qarabağ" bu mərhələyədək 6 çətin oyun keçirib. Daha zəif kimi görünmələrinə baxmayaraq, tariximizə baxsaq, bu cür komandalarla görüşlərdə xal itkilərimizin də olduğunu görə bilərik. Məsələn, "Basel"lə oyunu göstərmək olar. Lakin bu mövsüm qrup mərhələsinin püşkatması bizim üçün çox çətin olduğundan Azərbaycan çempionuna qarşı hər 2 oyunda qalib gəlməyi mütləq hesab edirəm".

Qeyd edək ki, ÇL-in “Çelsi”- “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord