Millimizin rəqibinin baş məşqçisi saxlanıldı

Millimizin rəqibinin baş məşqçisi saxlanıldı
XƏBƏR 12 Sentyabr 2017 / 13:59 2692
-  A +

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl  O`Nil  həbs edilib.

Qol.az-ın  “The Scottish Sun”a istinadən yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssis sentyabrın 10-da  Şotlandiyanın paytaxtı Edinburqda sərxoş halda avtomobil idarə etdiyi üçün polis onu saxlayıb.  O`Nil  ifadə vermək üçün oktyabrın 10-da məhkəməyə çağırılıb. 

Qeyd edək ki, M.  O`Nil  2012-ci ildən Şimali İrlandiya millisini çalışdırır. Onun baş məşqçisi olduğu komanda DÇ-2018-in seçmə mərhələsində C qrupunda 19 xalla 2-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı