"Hədəfimiz Çempionlar Liqasının qalibi olmaqdır" - Simeone

"Hədəfimiz Çempionlar Liqasının qalibi olmaqdır" - Simeone
XƏBƏR 12 Sentyabr 2017 / 11:52 2082
-  A +

"Keçmiş haqda düşünmürük. Çünki keçmiş geridə qalıb. Bizim üçün yeni yürüş başlayır və tam hazırıq”.

Qol.az-ın məlumatına görə,  bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Roma" ilə  oyun öncəsi UEFA-nın saytına deyib.
 
Argentinalı mütəxəssis İtaliya klubu haqda müsbət fikirlər səsləndirib: "Roma" əla komandadır, onlar estetik, gözəl futbol oynamağı sevir. Onlar cihahlardan yaxşı hücum edir. Bu komandanın heyətində texnikalı futbolçular cəmləşib".

D.Simeone hədəflərinin ÇL-in qalibi olmaq olduğunu vurğulayıb : "“Atletiko”nun gələcəyinə inanıram. Bizim hədəfimiz var. Qarşımıza Çempionlar Liqası qazanmaq tapşırığı qoymuşuq".
 
Qeyd edək ki, “Roma” – “Atletiko” oyunu bu gün Bakı vaxtı ilə 22:45-də başlayacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı