"Bavariya", "Barselona" və PSJ-dən böyükhesablı qələbə

"Bavariya", "Barselona" və PSJ-dən böyükhesablı qələbə
GÜNDƏM 13 Sentyabr 2017 / 00:40 17309
-  A +

UEFA Çempionlar Liqasında 2017/18 mövsümünün qrup mərhələsinə start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçirilib. Əvvəlcə A, B, C və D qruplarının iştirakçıları meydana çıxıblar.

Tarixində ilk dəfə ÇL-in qrup mərhələsinə yüksələn Azərbaycan çempionu “Qarabağ”ı səfərdə “Çelsi”yə 0:6 hesabı ilə uduzub. Qrupun digər matçında isə “Roma” öz meydanında “Atletiko” ilə heç-heçə edib.
 

A qrupunun favoriti “Mançester Yunayted” öz meydanında “Bazel”ə 3 cavabsız qol vurub.

Yarışın iddialılarından olan “Bavariya” evdə “Anderlext”dən üstün olub - 3:0. Bahalı transferləri ilə diqqəti üzərinə çəkən PSJ isə səfərdə “Seltik”i darmadağın edib - 5:0.

Günün ən çox maraqla gözlənilən qarşılaşması isə “Nou Kamp”da oynanılıb. “Barselona” ötən il 1/4 finalda uduzduğu “Yuventus”u qəbul edib. Görüş kataloniyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, qrup mərhələsində ilk tura bu gün yekun vurulacaq.

12 sentyabr

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

A qrupu

22:45. “Mançester Yunayted” (İngiltərə) - “Bazel” (İsveçrə) - 3:0 
Qol:
Fellaini, 35, Lukaku, 53, Reşford, 84

22:45. “Benfika” (Portuqaliya) - MOİK (Rusiya) - 1:2
Qol:
Severoviç, 50 (1:0), Vitinyo, 63 (1:1), Camalettinov, 71 (1:2)

B qrupu

22:45. “Bavariya” (Almaniya) - “Anderlext” (Belçika) - 3:0
Qollar:
Levandovski, 11-pen. Alkantara, 65, Ximmik, 90

22:45. “Seltik” (Şotlandiya) - PSJ (Fransa) - 0:5
Qol:
Neymar, 19, Mbappe, 34, Kavani, 40, Lustiq, 83-avtoqol, Kavani, 85

C qrupu

22:45. “Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 6:0
Qollar:
Pedro, 5, Zappakosta, 30, Aspilikueta, 55, Bakayoko, 71, Batşuay, 76, 82

22:45. “Roma” (İtaliya) - “Atletiko” (İspaniya) - 0:0

D qrupu

22:45. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya) - 3:0
Qol:
Messi, 45, Kakitiç, 56, Messi, 69

22:45. “Olimpiakos” (Yunanıstan) - “Sportinq” (Portuqaliya) - 2:3
Qol:
Dumbia, 2 (0:1), Martins, 14 (0:2), Fernandes, 43 (0:3), Pardo, 90 (1:3), 90+3 (2:3)

13 sentyabr

E qrupu

22:45. “Sevilya” (İspaniya) - “Liverpul” (İngiltərə) 

22:45. “Maribor” (Sloveniya) - “Spartak” (Moskva, Rusiya)

F qrupu

22:45. “Feyenord” (Hollandiya) - “Mançester Siti” (İngiltərə)

22:45. “Şaxtyor” (Ukrayna) - “Napoli” (İtaliya)

G qrupu

22:45. “Leyptsiq” (Almaniya) - “Monako” (Fransa) 

22:45. “Porto” (Portuqaliya) - “Beşiktaş” (Türkiyə)

H qrupu

22:45. “Real” (İspaniya) - APOEL (Kipr)

22:45. “Tottenhem” (İngiltərə) - “Borussiya” (Dortmund, Almaniya)

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı