"Qarabağ" - "Roma": 30 000 bilet satılıb

"Qarabağ" - "Roma":  30 000 bilet satılıb
ÖLKƏ FUTBOLU 12 Sentyabr 2017 / 00:56 5855
-  A +

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.

Qol.az-ın Ağdam klubunun saytına istinadən verdiyi məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 30 000-ə çatıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP - 50 AZN

Kateqoriya 1 - 20 AZN

Kateqoriya 2 - 10 AZN

Kateqoriya 3 - 5 AZN

Kateqoriya 4 - 2 AZN

Şatış məntəqələri:

Asan Xidmət Mərkəzləri

Heydər Əliyev Sarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Daha çox


Son xəbərlər