“Milan” Montellanı qovmayacaq

“Milan” Montellanı qovmayacaq
XƏBƏR 12 Sentyabr 2017 / 01:45 2771
-  A +

“Milan” rəhbərliyi baş məşqçi Vinçentso Montella ilə yollarını ayırmağı düşünmür.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, dünən “A” seriyasının üçüncü turunda “Latsio”dan alınan böyükhesablı məğlubiyyət (1:4) fanatlar tərəfindən narazılıqla qarşılanıb. Hətta Montellanın tezliklə istefaya göndəriləcəyi barədə xəbərlər də yayılmışdı.

Lakin klub rəhbərliyi Montellanı dəstəkləyib. Belə ki, “Milan”ın direktoru Marko Fassone 43 yaşlı mütəxəssislə söhbət zamanı hər hansı istefa barədə müzakirə aparılmadığını, məşqçiyə inamlarının sonsuz olduğunu qeyd edib.

Bununla belə, klubun çinli sahibləri “Milan”ın “Latsio”dan alınan yenilginin əvəzini Avroliqanın qrup mərhələsinin ilk turunda “Austriya”ya qarşı keçiriləcək görüşdə çıxacağını düşünür.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı