Əliyar Avropa Liqasının oyununda - təyinat

Əliyar Avropa Liqasının oyununda - təyinat
GÜNDƏM 11 Sentyabr 2017 / 15:19 5824
-  A +

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqası matçına təyinat alıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, o, Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək “Gimaraeş” (Portuqaliya) -  “Zalsburq” (Avstriya) qarşılaşmasını idarə edəcək.

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Mübariz Həşimov ehtiyat hakim funksiyasını yerinə yetirəcək. Matçın əlavə hakim köməkçiləri isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
 
Qeyd edək ki, sentyabrın 14-də keçiriləcək “Gimaraeş” - “Zalsburq” oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi