Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
DÇ-2018 üçün 25 hakim - siyahı

Yazarlar
 İsgəndərin, İqorun və Samirin yolu...
Aydın BAĞIROV
 Madriddə aprel döyüşləri
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Qurban Qurbanov milliyə belə gətirildi - Şəkillər+Video
Top 5
“Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
"Qarabağ"da qalmaq istəyirəm" - Pedro Enrike
"Qarabağ" - "Çelsi": bütün biletlər satıldı
"Qarabağ" - "Sumqayıt" oyunundan sonra qalmaqal - Video
Linklər
525ci Qəzet

"Azərbaycanda iş adamları futbola nifrət edirlər" - Yaşar Seyidov
A A A

[11.09.2017]
"Azərbaycanda iş adamları futbola nifrət edirlər" -<b style="color:red">  Yaşar Seyidov</b>

Tarixin yaddaşına köçmək üzrə olan klublarımızdan biri də “Bakı”dır. İkiqat Azərbaycan çempionu və üç dəfə ölkə  kubokunu qazanmış paytaxt təmsilçisi hazırda həvəskarlar liqasında çıxış edir. Təəssüf ki, komandanın yenidən əvvəlki əzəmətini qaytarmasına ümid azdır, yoxdur desək, daha doğru olar.

Vaxtilə Azərbaycanın ən varlı klubu olan “Bakı” indi futbolçulara maaş verməyə pul tapmır. İndi klubun yalnız bir təsəlli yeri var – Azərbaycan futboluna bəxş etdiyi oyunçular. Hansı ki, onları hazırda Premyer Liqamızda çıxış edən bütün klublarımızda görmək olar. “Bakı” Futbol Akademiyasının yetişdirdiyi neçə-neçə futbolçu bu gün müxtəlif yaş qrupları üzrə milli komandalarımızda oynayır.

“Bakı”nın bu duruma düşməsinin səbəbləri və hazırda mövcud olan çətinliklərlə bağlı ətraflı danışmaq üçün klubun icraçı direktoru Yaşar Seyidovla həmsöhbət olduq. O, klubun yaradıcılarından və sona qədər “Bakı”nı tərk etməyənlərdəndir.

“Əcənəbi futbolçulara o qədər borcumuz olmasaydı, bu gün akademiyamızın yetirmələri ilə çempionluğa oynaya bilərdik”

- Klubun tənəzzülə uğramasının əsas səbəblərindən biri “Bakı” ilə müqaviləsi olan  futbolçuların FİFA-nın mübahisəli məsələlərin həlli palatasına müraciət etmələridir. “Bakı”nın o futbolçulara borcu olduğundan onlar klubdan FİFA-ya şikayət etdilər. FİFA-nın Nizam-İntizam Komitəsi bizimlə bağlı sanksiyalar tədbiq etdi. Bildirildi ki, tələbləri yerinə yetirməsək, Premyer Liqada oynamağımız mümkün deyil. Həmin futbolçulara olan borclar ödənilməli idi. Klub rəhbəri Hafiz Məmmədov biznes sahəsində müəyyən çətinliklərlə üzləşdiyi üçün komandanı bu vəziyyətdən çıxarmaq mümkün olmadı. FİFA “Bakı”nın 15 xalını sildi.

Yaşar Seyidov "Bakı"nın transfer işlərində səhvlərə yol verdiyini və bunun kluba böyük zərbə vurduğunu deyir: "Transfer siyəsəti ilə heç vaxt məşğul olmamışam. Futbolçuların gətirilməsi, müqavilələrin bağlanmasında iştirak etməmişəm. Bu gün “Bakı”nın bu vəziyyətə düşməsində transfer siyasətinin düzgün aparılmamasının böyük rolu oldu. İşlər düzgün aparılsaydı, əcnəbi futbolçulara o qədər borcumuz olmasaydı, sözsüz ki, bu gün akademiyamızın yetirmələri ilə çempionluğa oynaya bilərdik. Vaxtında buraxılmış səhvlər, işin düzgün istiqamətdə aparılmaması bu vəziyyətə gətirib çıxardı. Həmişə bununla bağlı həyacan təbili çalırdım, öz narazılığımı bildirirdim. İndi daha bu haqda danışmaq gecdir. Artıq hər şey geridə qalıb. Bunları deməyim özümə bəraət kimi başa düşülə bilər. Ancaq hər kəs bilməlidir ki, mən daim klubda uşaq futbolu siyasəti aparmışam. Bu gün də o işimi davam etdirirəm. 

FİFA-nın xallarını sildiyi "Bakı" 2015-ci ildə Premyer Liqanı tərk etdi. 2015-2016 mövsümündə birinci divizionda mübarizə aparan klub dünyanın ali futbol qurumunun növbəti sanksiyası ilə üzləşdi və nəticədə həvəskarlar liqasında çıxış etmək məcburiyyətində qaldı.

Yaşar Seyidov bu müddət ərzində bütün dövlət və futbol qurumlarından kömək istəsə də, heç bir faydası olmadı. "Bakı"nın bazasındakı meydançalar yararsız hala düşdü. Bunlar külli miqdarda vəsait hesabına inşa olunan Azərbaycanın ən gözəl meydançaları idi. Yaşar Seyidov qoruyub saxlaya bildikləri bir meydançanı digər klublara icarəyə verməklə klubun müəyyən xərclərini ödədiklərini bildirir:

“Bakı”nın Azərbaycan futbolu üçün nə qədər əhəmiyyət kəsb etdiyini bütün qurumlara izah etdim. Böyük bir akademiyanın bağlanmaması üçün bütün dövlər qurumlarına, hətta Milli Məclisə də müraciət ünvanladım. Təəssüf ki, heç bir kömək olmadı və buna görə də akademiyamız öz fəaliyyətini dayandırdı. Bazamızda beş təbii meydança salınıb. Bu meydançaların ikisinin altında isitmə sistemi var ki, ilin bütün fəsillərində orda futbol oynamaq olar. “Bakı”dan başqa Azərbaycanda dörd belə meydança mövcuddur. Bazanın kommunal xərclərini çəkmək üçün stadionumuzu bəzi klublara icarəyə veririk. Bununla yalnız bir stadionu saxlamağa gücümüz çatır. Meydançalardan dördü pis vəziyyətə düşüb. Maddi imkansızlıqdan onlara baxa bilmirik. Su verə bilmədiyimiz üçün o meydançalar çox pis durumdadır.

Bizdə futbol vətənpərvərləri yoxdur. Kimə müraciət edirəmsə, deyir bizə tapşırılmalıdır, sonra nəsə etməliyik. Hamısı duyğularla, ürək ağrısı ilə uşaq futbolundan danışır. Bu lap Spartak filminə bənzəyir. Spartak məğlub olanda qladiatorlar deyir ki, biz niyə məğlub olduq. Spartak da cavab verir ki, hamı azadlığı istəyir, amma bunun uğrunda heç kim ölümə getmək istəmir. İndi bizdə böyük şirkətlər, iş adamları Azərbaycan futbolunun inkişaf etdirilməli olduğundan danışır, ancaq onlara kömək üçün müraciət edəndə milyardlardan danışanlar kiminsə bunun üçün göstəriş verməli olduğunu deyir. Hamı utopik, nağıl kimi söhbətlər edir. Azərbaycanda müraciət etmədiyim imkanlı şəxs yoxdur. Hamısı deyir ki, mənim burda xeyirim nədir? İndi futbolu sevən yoxdur. Düşünmürlər ki, gənc futbolçuları yetişdirməsək, Azərbaycan futbolunun gələcəyindən danışa bilmərik. Biz Namiq Ələsgərovu Qusarın bir kəndindən gətirmişik. Ancaq indi Namiqlərə rast gəlmirik”.

Həvəskarlar liqasında çıxış edən "Bakı" futbolçuları maaş almır. Yaşar Seyidov bu cür vəziyətin çox çəkməyəcəyini düşünür: "Bakı"nın futbolçuları akademiyamızın uşaqlarıdır. Onlara pul verilmir. Futbolçuların geyimi, yol və digər xərclərini müəyyən işlərin qarşılığında həll edirik. Bunu mətbuata açıqlamaq istəmirəm. Futbolçularımız ancaq “Bakı” naminə oynayırlar. Ancaq bunun da bir həddi var. Onlar bizdən nəsə tələb etməsələr də, bu cür davam etmək düzgün deyil. Onlar artıq peşəkar futbolçulardır. Artıq bir neçəsi peşəkar klubla müqavilə bağladı. Valeh (Yaşar Seyidovun oğlu – red.) Portuqaliya klubu ilə müqavilə imzaladı. Hazırda “Bakı”da çıxış edən digər futbolçular da istənilən klubumuzda, hətta ölkə xaricində oyamaq gücündədirlər. “Bakı”ya Azərbaycan futbolunun mayakı kimi baxmaq  lazımdır. Bu gün Azərbaycan futbolunda öz sözünü deyənlər məhz “Bakı” akademiyasının yetirmələridir”.  

Yaşar Seyidov akademiyada futbolçuların transferindən gəlir əldə edə bilmədiklərini təəssüf hissi ilə vurğulayır: "Hazırda Azərbaycanda 1-2 klubu çıxmaq şərtilə digərlərinin rəhbərliyində olanlar peşəkar adamlar deyillər. Bir futbolçunun yetişdirilməsi üçün 5-6 il onun əziyyətini çəkirsən. Axırda hansısa klub heç bir təzminat ödəmədən onu heyətinə cəlb edir. Futbolçuların valideynlərini çağırıb deyirlər ki, sizin uşağınızı kluba gətiririk, onun sənədini klubundan alın. Mənim də uşaqlara görə ürəyim ağrıyır. Onlar neçə ildir “Bakı”da çıxış edirlər. İndi hər hansı kompensasiyaya görə futboldan kənarda qalmaları düzgün olmaz. Təəssüf ki, Azərbaycanda müəyyən klub rəhbərləri təsadüfi adamlardır, futbolda səriştələri yoxdur. Həmin adamları ancaq pul qazanmaq düşündürür. Ona görə də bu gün futbolçu yetişmir. Artıq yeni futbolçu nəsli yoxdur. Bizim başqa yolumuz qalmır. Ya o futbolçunun karyerası məhv olmalıdır, ya da sənədin verməliyik ki, getsin başqa yerdə oynasın”. 


Yaşar Seyidov hazırda işləri qaydasında getməyən klub rəhbəri Hafiz Məmmədovun da "Bakı" haqda heç bir nikbin vəd vermədiyini deyir: "Hafiz müəllim futbolla bağlı heç bir fikir bildirmir. Deyir ki, müəyyən müddətdən sonra bu məsələlərə aydınlıq gətirəcəm. Bu, nə vaxt olacaq, onu zaman göstərəcək. İndi reallıq budur ki, Hafiz müəllim “Bakı” klubuna hər hansı bir maliyyə ayırmır". 

Yaşar Seyidov sonda ümumi olaraq  klublarımızın düşdüyü ağır vəziyyətdən və çıxış yollarından danışdı: "Bu gün "Şəmkir"in mərhum rəhbəri Şahbaz Süleymanov kimi adamlar yoxdur. Klub yaradan kimi AFFA-dan kömək istəyirlər. Bu fikirlərlə razı deyiləm. Bu gün bizim iş adamlarımız da nəsə etməlidir. Əgər bu gün Tovuzda  futbol məhv olursa, bundan ilk növbədə rayonun imkanlı şəxsləri narahat olmalıdır. Qusar olsun, Lənkəran olsun. Bakının özündə nə qədər iş adamı var. Hər şeyi Hafiz Məmmədovun üstünə atmaq olmaz axı. Həyatımın elə yaşına gəlib çatmışam ki, artıq hər şeyi görmüşəm. Bu gün Türkiyə və Rusiyada bütün klubları iş adamları maliyyələşdirir. Yəni bu gün bizə də belə adamlar lazımdır. Təəssüf ki, onları tapmaq çətindir. Baxırsan ki, çox böyük imkanı var, ancaq 10 yaşlı uşağın 20 formasını almaq üçün köməklik etmir. Hansı ki, formaların qiyməti 400 manat edir. Ancaq uzun müsahibələrində futbolumuzun inkişaf etdirilməsindən danışır.  Hamı AFFA prezidenti Rövnəq Abdullayevi nişan verir, ondan kömək istəməyimiz deyirlər. Ancaq Rövnəq müəllim bütün klubları maliyyələşdirməli deyil.

Futbolu hamı sevməlidir. Sevməklə də iş bitmir. Müəyyən vəsait xərcləmək üçün ürəkli insanlar olmalıdır. Bu gün iş adamları ancaq düşünür ki, kluba 10 manat xərcləyirimsə, 15 manat qazancım olsun. Ona görə də gəlin, özümüz aldatmayaq, hər şeydə AFFA-nı günahlandırmayaq. Futbolu sevən adamların olmamasından bu gündəyik. Şahbaz Süleymanovun "Şəmkir"ə etdikləri həmişə danışılacaq. Hamı ona rəhmət oxuyacaq. Bu gün Azərbaycanda ondan da imkanlı yüzlərlə şəxs var. Ancaq Saşanın etdikləri təkrarlayan yoxdur. Bu gün Azərbaycanda iş adamları nəinki futbolu sevirlər, hətta ona nifrət edirlər. Başa salırsan ki, bu uşaq 10 ildən sonra böyük klublarda oynaya bilər. Deyir ki, mən oturub 10 il gözləyən deyiləm. Deməli, günah bizim özümüzdədir. Nə qədər ki, futbola təmannasız dəstək vermək düşüncəsi olmayaq, ciddi uğurlar qazana bilməyəcəyik”.

Ramiq AĞAMƏMMƏDOV

Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb

3968 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
12.11.2017  10:05 Hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıq?
07.11.2017  18:23 Bombardirin millimizə qayıdışı
31.10.2017  12:32 “Gürcülər uduzduqlarına inanmırdılar” – millimizin ilk qələbəsi
21.10.2017  14:15 “Futbol+”də münasibətlər dəyərlər üzərində qurulub” – Mahir Rüstəmli
02.10.2017  13:25 “Azərbaycanda 10 ildən sonra da futbol olmayacaq”
24.09.2017  14:21 “Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
03.09.2017  10:23 “O futbolçular elə 17-18 yaşında itib-batır”
22.08.2017  14:36 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14.08.2017  16:00 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
07.08.2017  13:20 “O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”
31.07.2017  12:11 Futbolumuzun bəlası – süni ot örtüyü
24.07.2017  13:10 “Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – “Qarabağ”ın tarixi oyunu
25.06.2017  09:01 Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
18.06.2017  14:15 “O stadiona Fuad Musayevin adı verilməlidir”
10.06.2017  13:50 "Azərbaycansayağı künc zərbəsi" necə yarandı?
04.06.2017  10:07 “Ələkbərin medalları, kubokları itib-batdı” – əfsanənin son günləri
23.05.2017  12:34 AFFA U-18 millisini yüksək liqaya necə buraxdı?
16.05.2017  12:41 Ehtiyat forması olmayan millimiz – ilk rəsmi oyunumuza “səyahət”
08.05.2017  14:30 "Sona qədər “Qarabağ”da qalan yalnız mən oldum"
 
 
  18.11.17
10:14
  Topaz Premyer Liqanın oyunları canlı yayımda
09:45
  "Borussiya" uduzdu - Video
01:22
  Paşayevin komandası “Şaxtyor”a qalib gəldi
00:55
  “Beşiktaş”dan xal itkisi
00:10
  “Bunun “Çelsi” ilə oyunda bizə köməyi olacaq” – Almeyda
00:01
  "Keşlə" "Zirə"yə, "Kəpəz" "Səbail"ə qarşı - Yenilənir
  17.11.17
23:00
  Olimpiya stadionundakı matçdan şəkillər
22:20
  "Qarabağ" - "Sumqayıt" oyunundan sonra qalmaqal - Video
21:46
  Liderin qələbəsi - Video
21:25
  "Qarabağ"da qalmaq istəyirəm" - Pedro Enrike
21:14
  "Çelsi" ilə oyunda hər şey ola bilər" - Qurban Qurbanov
20:53
  "Futbolçular "Qarabağ”ın adından çəkindi" - Samir Abasov
20:42
  Kintana yenə zədələndi
20:30
  "Qarabağ" 10 nəfərlə qalib gəldi
19:45
  "Meydana 3 xal üçün çıxacağıq" - Şahin Diniyev
19:12
  Şehiç meydandan qovuldu
18:25
  "Çelsi"də növbəti itki
18:01
  "Qarabağ" - "Sumqayıt": heyətlər
17:53
  "Mənim üçün ən böyük hədiyyə..." Tərlan Əhmədov
17:40
  Yığmamız Gürcüstanla heç-heçə etdi
17:19
  Qapıçıların məharəti - Video
16:50
  Autsayderdən ilk qələbə, liderdən 4 qol
16:30
  Leroy Sane birinci oldu
16:05
  İbrahimoviç milli karyerasını bərpa edə bilər
15:32
  Həftənin ən gözəl qolları - Video
15:10
  Qvardiola yenə ayın ən yaxşısı seçildi
14:45
  DÇ-2018 üçün 25 hakim - siyahı
14:24
  “Samir Ələkbərov düz deyir, sifarişlər həmişə olub” – Vəli Qasımov
14:05
  "Başqa nəticə bizə sərf etmir" - "Kəpəz"in futbolçusu
13:40
  Sabiq "Fənərbaxçalı" həbs edildi
13:10
  "Atletiko" Özillə danışıqlara başladı
12:43
  Cüneyt Çakır DÇ-2018-də
12:03
  Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü - Şəkillər
11:48
  Günün canlı oyunları - Etopaz-da
11:27
  Falkao qayıtdı
11:05
  "Qarabağ" - "Sumqayıt" oyunu canlı yayımda
10:30
  "PSJ-dən qorxmuram" - Ronaldo
10:11
  "Atletiko" səhmlərinin 15 faizini satdı - rəsmi
09:45
  UEFA Pedro Enrikeni cəzalandırdı
01:59
  İlyas Səfərzadə və İlkin Sadıqov “Kəpəz”ə qoşuldu
01:36
  Nuqzar “Şüvəlan”a qələbə qazandırdı - Video
01:17
  “Barselona”dan getmək istəsə, Messini dəstəkləyərəm” – Ronaldinyo
00:54
  Kantona Neymarı tənqid etdi
00:19
  “Binə” - MOİK oyununda tək qol - Video
00:01
  Qol.az 9 yaşında!
  16.11.17
22:30
  Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
22:00
  Obameyanq heyətdən kənarlaşdırıldı
21:20
  "Neftçi"nin qış planı məlum oldu
20:51
  “Gecə klublarını unuda bilmirəm”
20:11
  Poqba və İbrahimoviç qayıdır
18:49
  Rauf Əliyevin komandasından xal itkisi
18:00
  “Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
17:32
  "AFFA-dan təklif almamışam" - Mahmud Qurbanov
16:56
  "Zirə"də yeni təyinat
16:42
  “...Yeni adlar görəcəksiniz" - millimizin baş məşqçisi
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore