Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Bu gün onların toyudur

Yazarlar
 Biz və gürcülər
Aydın BAĞIROV
 İmkan verməyin, “Futbol saatı” bağlansın...
Aqil Abbas
 Futbolmuzun Nicatı naminə!
Anar Şabanoğlu
 İkinci Rəşad olmayacaq
Nurlan İBRAHİMOV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Səbail" - "Qəbələ" - Şəkillər
Top 5
Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
Bu gün onların toyudur
Çempionlar Liqasının finalı Bakıda olacaq – məşhur ispan qəzeti
“Barselona”dan ardıcıl beşinci qələbə - Video
“Qarabağ” uduzdu, “Qəbələ” qalib gəldi
Linklər
525ci Qəzet

O kresloda rahat otura bilirsiz, Orxan müəllim?
A A A

[11.09.2017]
O kresloda rahat otura bilirsiz, Orxan müəllim?

Söz vaxtına çəkər, ötən ilin bugünləri ardıcıl məğlubiyyətlərdən və 0:8 hesablı tarixi “Qəbələ” biabırçılığından sonra AFFA “Neftçi”dəki uğursuz kadrı Elnur Məmmədovu göndərib idarəetməyə başqa bir nümayəndəsi – sonradan elə təxminən Elnur Məmmədovun bacarıqsız işgüzar yolunu gedəcək Orxan Hüseynzadəni gətirdi.

Gənc kadrdı, bəziləri dedi ki, peşəkar futbol idarəçiliyini əla bilir, “Neftçi”ni düzəldəcək. Amma Orxan müəllimin faktiki rəhbərliyi dövründə komanda ötən mövsümü rəzil sonluqla başa vurdu: 8 komanda arasında 7-ci yeri tutdu, kubok üzünə də həsrət qaldı. Dırnaqarası “xidmətlər”inə görə isə AFFA və SOCAR-dakı birgə qruplaşma bir medal qalmadı Orxan Hüseynzadənin sinəsinə taxmasın. Klub üçün acınacaqlı sonluqla bitən çempionatdan cəmi 2 ay sonra onu icraçı direktorluqdan çıxarıb prezident təyin etdilər.

Təəccüblü deyil ki... Tərsinədi bizdə çox şey.

“Neftçi”yə rəhbərliyindən 1 il ötür. Amma bircə metr irəli gedə bilməyib klub. Gələndə komanda harda idisə, elə indi də ordadı, 7-ci yerdə, cəmi 1 xalla. Hə, “Neftçi” cəmi bir xal toplayıb. “Neftçi”ni idarə edənlər də sərvət...

Yeyib gözləri doyandan sonra (əgər doysa, təbii ki) bu yazıq komandayla da maraqlansalar, pis olmaz.




***

Hələlik isə sadiq fədakar azarkeşlərindən başqa kiminsə vecinə deyil “Neftçi”. Nə Orxan Hüseynzadənin, nə də onun AFFA və SOCAR-dakı ağalarının.

Elə bilirlər tribunalarından günbəgün yoxa çıxan (haqlı olaraq) azarkeşlərinə hansısa rəngbərəng kartlar hazırlayanda rəhmətlik Banişevski dirilib  bunların futbolçuları əvəzinə qollar vuracaq. Futbolçu dedim, yadıma düşdü, problemlərin kökü bilirsiz həm də hardadı? Xaricdə harda zay oyunçu var, gətirib dürtürlər komandaya.

Bu işin arxasındakı menecerlər isə gedir bağlanır təbii ki, AFFA-nın rəhbərliyinə. Məsələn, Riyad Rəfiyev federasiyada çalışır, milli komandada hansısa vəzifəsi də var. Amma o, həm də “Neftçi”yə futbolçu gətirir və buna görə yaxşı pul qazanır. Kamil Məmmədov isə tanınmış menecerdi. Zamanında Berti Foqtsu Azərbaycana gətirdiyinə görə ölkə onu və ona dəstək olan AFFA-nı həmişə sevə-sevə xatırlayacaq. Sözüm Foqtsda deyil. Hər nə hikmətdirsə, Kamil Məmmədovla Riyad Rəfiyevin “Neftçi”yə gətirdikləri futbolçular da Foqts kimi yararsız çıxırlar. Ən acınacaqlısı da odu ki, bu futbolçulara nə qədər pullar xərclənir. Yəqin ki, illik milyon dollardan çox. Amma topası heç 10 manata dəymir.

Yəni, qısa desək, futbol zövqləri, futbolçu seçimləri bu qədər “yüksəkdir”...

Amma əsas odu, onlar AFFA ilə birgə istədiklərini edirlər, kimi istəyirlər “Neftçi”yə gətirirlər, sənəddə vəzifəsi prezident olan Orxan müəllim də buna ya heç nə demir, ya da əlbəttə, deyə bilmir.

Beləliklə də klubun büdcəsi havaya sovrulur, nəticələr isə... Göz qabağındadı.

***

Dünən Premyer Liqada “Neftçi” “Sumqayıt”a uduzdu. Bayaq Banişevskidən söz açmışdım, rəhmətliyin ruhu sakit deyil yəqin ki. Çünki son 3 ildə bu, “Neftçi”nin çempionat və kuboklarda 47-ci məğlubiyyəti idi...

Təsəvvür edirsiniz, 47-ci məğlubiyyəti...

...O kresloda rahat otura bilirsiz, Orxan müəllim?

Aydın BAĞIROV
[email protected]

3999 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
15.09.2017  13:51 Biz və gürcülər
13.09.2017  13:37 “Qarabağ” bizim çempionata görə belə uduzdu
02.09.2017  11:37 Barmağımız qapı arasında qalanda Rəşadı axtarırıq
29.08.2017  18:05 “Qarabağ” udanda və bölgələrdə futbol can verəndə…
16.08.2017  16:22 Əfran üçün…
02.08.2017  14:13 Qurban Qurbanov 80 minlik oyunçunu “300 minə aldıq” demir..
17.06.2017  11:12 Getdi...
12.05.2017  14:12 “Səbail” yaşasın, “Turan” dağılsın?
21.04.2017  13:11 Allahverdi Bağırovun iradı...
19.04.2017  13:12 Kaşşai kirli vəzifəni necə lazımdısa, icra etdi
13.04.2017  14:51 Tanımadığımız Qurban
13.03.2017  14:24 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
03.03.2017  14:13 4 aydı oynamayan futbolçunun millimizdə nə işi var?
23.02.2017  16:10 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
07.02.2017  17:31 “Neftçi” 42 illik əfsanəvi həkimini necə qovdu?
06.02.2017  16:27 Rəşadları məhv edənlər...
23.01.2017  15:27 Kimə lazımdı “Birlik kuboku”?
14.01.2017  15:46 Belə də yox...
10.01.2017  15:36 Futbol mafiyası uddu, futbol uduzdu
26.10.2016  17:19 Hanı Bəhram?
12.10.2016  14:24 Bu nə qərar, arkadaş?
03.10.2016  11:54 Kamran Ağayevə...
30.09.2016  15:05 “CBC Sport”un 1 yaşına
10.09.2016  22:24 Ayıb olsun
08.09.2016  13:44 “Futbol şikəstləri”nə 100 milyonlar olar, Ramilə 1 milyon olmaz?
31.08.2016  13:10 35 yaşlı Aslan
26.08.2016  12:46 “Qarabağ” Respublika stadionundan getsin!
28.06.2016  12:34 İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
03.06.2016  12:45 Bu villanın hasarı hanı?
01.06.2016  13:35 Avstriya gündəliyi....
03.05.2016  14:03 Gözünə su ver, ərəb şeyxi!..
20.04.2016  12:21 “Atletiko”nu niyə sevməli?
18.04.2016  13:06 “Neftçi”ni utandıracaq şəkil
13.11.2015  13:40 Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
10.11.2015  17:35 Dünya çempionu adı niyə bu qədər ucuzlaşıb?
09.11.2015  18:16 “Neftçi”də gələn gedənə rəhmət oxutdurdu!
04.03.2015  13:47 Türkiyəyə niyə getmisiniz?
26.02.2015  14:20 PFL-i ləğv edin!
17.02.2015  13:28 Nazim Süleymanova iş də verin!
05.02.2015  16:09 17 yaşlı oyunçu 3 minin davasın edəndə...
02.02.2015  14:11 Samir Ələkbərov hardadır?
23.12.2014  15:45 Sizin oyunu hansı kanal və niyə alsın?
22.12.2014  14:20 Qaranın halal haqqı
10.12.2014  15:24 Banişevski tüpürərdi belələrinin üzünə!
24.11.2014  15:55 Arazı Qurban xilas edəcək!
21.08.2014  11:07 Dərs – Rəşad Məcidin 50 illiyinə
31.07.2014  15:09 Qurban Qurbanovun iki qızıl qaydası
25.07.2014  15:14 “İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!
09.07.2014  12:43 Rədd olsun, Pelenin proqnozu!
08.07.2014  16:47 Hansı üzlə futboldan danışırsız?
 
 
  21.09.17
00:01
  "Roma" bu qollarla qalib gəldi - Video
  20.09.17
22:33
  "Roma"dan darmadağın
22:12
  "Monako" iki futbolçusu ilə müqavilənin müddətini artırdı
21:07
  "Bu, əlamətdar hadisədir" - Rövnəq Abdullayev
20:50
  Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı
20:02
  Avroliqanın finalı rəsmən Olimpiya stadionunda - UEFA açıqladı
19:54
  Məsut Özil sağaldı
19:11
  "Marca": Bakıda ÇL-in yox, Avroliqanın finalı olacaq
18:54
  Kavani "Çelsi"nin hədəfində
18:21
  UEFA Superkuboku İstanbulda
18:14
  "Neftçi" yaxşı vəziyyətdə deyil - Emin Mahmudov
18:00
  La Liqa klubu cərimələndi - azarkeş azlığına görə
17:17
  "Qarabağ"ın oyununa yalnız 2 manatlıq biletlər qalıb
17:05
  Samir Abasov “Voyvodina”nın düşərgəsində
16:55
  Noyer əməliyyat olundu - Şəkil
16:20
  Dino Ndlovu milliyə çağırıldı
16:05
  Gəncə stadionunun son durumu - Şəkil
15:54
  "Real" Benzema ilə müqaviləni artırdı - rəsmi
15:38
  Bu gün onların toyudur
15:36
  "Qarabağ"ın rəqibində yeni müqavilə
15:11
  UEFA-dan yeni qərarlar
14:50
  Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
14:21
  Günün canlı oyunları - Etopaz-da
13:43
  "Qarabağ"ın rəqibləri meydana çıxır
13:03
  AFFA "Zirə" və "Neftçi"ni cərimələdi
12:55
  "Neymara kömək etməliyik" - Kavani
12:39
  FİFA "Çelsi" barədə araşdırmaya başladı
12:12
  Meksikada oyunlar təxirə salındı - zəlzələyə görə
11:53
  Türkiyə millisinin yeni formaları - Şəkillər
11:10
  "Prosineçki xorvatlar üçün qəhrəmandır" - Rakitiç
10:42
  "Arsenal"ın hücumçusu 3 həftə oynamayacaq
10:11
  "Tottenhem" 1/8 finalda - Video
09:45
  Messi "Nou Kamp"da 300-cü qolunu vurdu
01:58
  “Barselona”dan ardıcıl beşinci qələbə - Video
01:40
  “Liverpul” kubokla vidalaşdı - Video
01:27
  “Arsenal”ın heyətində itki
01:12
  “İnter” mövsümdə ilk dəfə xal itirdi - Video
00:59
  “Şalke” “Bavariya” ilə bacarmadı - Video
00:48
  “Valensiya”dan darmadağın - Video
00:34
  Azar start heyətinə qayıdır
00:14
  “Qarabağ” uduzdu, “Qəbələ” qalib gəldi
00:00
  Nazarovun komandasından səfər qələbəsi
  19.09.17
22:55
  "Borussiya"dan qələbə - Video
22:24
  "Sumqayıt"ın futbolçusu həbs edildi
20:50
  "Real"ın yeni transferi 3 aylıq sıradan çıxdı
20:00
  Rio Ferdinand boksçu olur
19:10
  Özil kubok oyununu buraxacaq
18:20
  Ramos "Real"la müqaviləni artırır
17:47
  Dembele əməliyyat olundu
17:08
  6-cı turun oyunlarının başlama saatı - Premyer Liqamızda
16:56
  "Kəpəz" - "Səbail" görüşü "Dalğa Arena"da - rəsmi
16:39
  "Nicatlıq heç nə yoxdur" - atası
16:32
  "Sumqayıt" - "Qarabağ" oyunu saat 7-də başlayacaq
16:19
  Dembele, Donnaruma, Mbappe... - ən yaxşı gənc futbolçu adına namizədlər
15:53
  Bakı ÇL-in finalını qəbul edəcəkmi? - Elxan Məmmədovdan açıqlama
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore