"Qarabağ"la görüşü səbirsizliklə gözləyirik" - Konte

"Qarabağ"la görüşü səbirsizliklə gözləyirik" - Konte
GÜNDƏM 11 Sentyabr 2017 / 11:32 5309
-  A +

"Çempionlar Liqasında "Qarabağ"la oyunu səbirsizliklə gözləyirik. Mənim işim meydanda olacaqlar barədə düşünməkdir. Oyunçularımla çalışmaq əhəmiyyətlidir. Ötən mövsümün əvvəli heç kim bizim ölkə çempionu olacağımızı düşünmürdü".

Qol.az-ın məlumatına görə, bu sözləri "Çelsi"nin baş məşqçisi Antonio Konte klubun saytına deyib.

İtaliyalı mütəxəssis bildirib ki, onun üçün kiminsə favorit olub-olmadıqlarını haqda söylədikləri əhəmiyyətli deyil: "Biz ancaq oyunlara köklənirik və həmişə ən yaxşı oyunumuzu nümayiş etdirməyə çalışırıq. Böyük komandanın baş məşqçisi olan zaman səndən gözləntilər yüksək olur. Buna görə biz hər cür təzyiqə hazır olmalıyıq. Mənim təzyiq altında olmaqdan xoşum gəlir".

Qeyd edək ki,  "Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda sentyabrın 12-i "Qarabağ"ı qəbul edəcək.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"