"Qalatasaray"dan xal itkisi, "Trabzonspor"dan qələbə

"Qalatasaray"dan xal itkisi, "Trabzonspor"dan qələbə
GÜNDƏM 11 Sentyabr 2017 / 00:06 5734
-  A +

Türkiyə Superliqasında 4-cü turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, ötən gün daha 4 görüş keçirilib.

“Qalatasaray” səfərdə “Antalyaspor”la 1:1 hesablı heç-heçə edib.

“Trabzonspor” öz meydanında “Gənclərbirliyi”ndən güclü olub – 3:1.

“Göztəpə” səfərdə “Osmanlıspor”a qalib gəlib – 2:0.

Milli komandamızın üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” isə evdə “Akhisar”ı məğlub edib – 3:0. D.Yılmaz matçı sona qədər ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, bu nəticələrdən sonra "Qalatasaray" 10 xalla liderdir. Eyni xala malik olan "Beşiktaş" 2-cidir. "Başakşəhər" 9 xalla 3-cü, "Trabzonspor" isə 7 xalla 4-cü pillədə qərarlaşıb.

10 sentyabr

Türkiyə Superliqası

IV tur
 
“Osmanlıspor” – “Göztəpə” - 0:2
Qollar
: Bingöl, 25, Yahoviç, 45+3
 
“Trabzonspor” – “Gənclərbirliyi” - 3:1
Qollar:
Özek, 6 (0:1), Olcay, 54 (1:1), Rodalleqa, 84 (2:1), Onazi, 90 (3:1)

 
“Antalyaspor” – “Qalatasaray” - 1:1
Qollar
: Qomis, 34 (0:1), Eto, 82 (1:1)
 
“Bursaspor” – “Akhisar” - 3:0
Qollar
: Battalya, 51, Delarge, 66, Stanku, 74
 
9 sentyabr

“Karabükspor” – “Beşiktaş” – 0:1
 
“Sivasspor” – “Kayserispor” – 0:2
 
"Fənərbaxça" - "Başakşəhər" - 2:3
 
"Konyaspor" - "Alanyaspor" - 0:2
 
11 sentyabr

21:00 “Kasımpaşa” – “Malatyaspor”

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı