“Yenə səhərə kimi yata bilməyəcəm” – Samir Abasov

“Yenə səhərə kimi yata bilməyəcəm” – Samir Abasov
ÖLKƏ FUTBOLU 10 Sentyabr 2017 / 21:31 6188
-  A +

"Çox çətindir. Özüm də ikinci hissəyə görə gərginəm. Rahat udulası oyunu bu vəziyyətə gətirdilər. Yenə səhərə kimi yata bilməyəcəm. Əvəzetmədən girənlər yaxşı təsir bağışlamadı. Bizə bir az vaxt lazımdır. "Neftçi"yə qarşı qeyri-adi hazırlaşmamışdıq. İkinci hissədə zəif çıxış etməyimiz öz günahımızıdır".

Qol.az.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının IV turunda "Neftçi" üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.

39 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Komandanız ilk hissədə yaxşı təsir bağışlasa da, xeyli sayda qol epizodunu boşa verdiniz. Bu, nə ilə bağlıdır?

- Qol vəziyyətlərini boşa veririk. Bəlkə də hansısa oyunda partlaya bilərik. Matça çox sürətli başladıq. Amma cızığımızdan çıxdıq. Məşqdə etdiklərimizi təkrarlaya bilsək daha çox qol vura bilərdik.

- Rəşad Eyyubovun əvəzinə meydana daxil olan Kamal Mirzəyev özünü doğrultmadı...

- Bəli, sizinlə tamamilə razıyam.

- Eyyubov meydandan çıxan zaman nəyə etiraz edirdi?

- Oynamaq istəyirdi. Mən isə əvəzlədim. Emosiya, vəssalam.

- Tribunalarda boş yer qalmamışdı deyə, xeyli azarkeş oyunu stadionun kənarında ayaq üstə izləyirdi. Bu barədə nə deyə bilərsiniz?

- Bu məsələ mənə aid deyil deyə, fikirləşə bilmirəm. Bağışlayın ki, suala cavab vermirəm (spotnet.az).

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı