Hazard “Qarabağ”a qarşı oynayacaqmı? – Kontedən açıqlama

Hazard “Qarabağ”a qarşı oynayacaqmı? – Kontedən açıqlama
GÜNDƏM 10 Sentyabr 2017 / 17:24 7397
-  A +

Zədəsi səbəbindən uzun müddətdir “Çelsi”yə kömək edə bilməyən Eden Hazard dünən Premyer Liqanın 5-ci turunda “Lester”lə səfər matçında meydana çıxıb.

Qol.az-ın xəbərinə görə, London təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi matçda belçikalı futbolçu 78-ci dəqiqədə Sesk Fabreqası əvəzləyərək oyuna daxil olub.

London klubunun saytı “Çelsi”nin baş məşqçisi Antonio Kontenin 26 yaşlı yarımmüdafiəçini yenidən meydanda görməkdən məmnun olduğunu yazıb: “Bu, yaxşı xəbərdir. Əlbəttə, ona 100 faiz hazır olması üçün vaxt lazımdır”.

Hazardın sentyabrın 12-də “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda da meydana çıxmasının mümkünlüyü ilə bağlı suala cavabında italiyalı mütəxəssis tələsməməyi məsləhət görüb: “Biz hamımız Hazardın “Çelsi” üçün nə qədər vacib oyunçu olduğunu bilirik. İndi səbr etməli, Hazardın formasını bərpa etməsi üçün ona vaxt verməliyik. Amma mən ondan razıyam. Ağır zədədən sonra onu yenidən meydanda görmək xoş idi”. 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın